Dünya futbolu

“Qəbələ” və “Neftçi”nin furbolçuları Gürcüstan millisində

Gürcüstan millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Vladimir Vayss 24 futbolçuya dəvət göndərib. Həmin futbolçular arasında “Qəbələ”nin futbolçusu Nika Kvekveskirinin və “Neftçi”nin futbolçusu Georgi Navalovskinin də adı var.

Qeyd edək ki, Gürcüstan millisi DÇ-2018-in seçmə mərhələsində martın 24-də Serbiya yığması ilə qarşılaşacaq, bundan 4 gün sonra isə Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43