İdman

“Qəbələ”dən ayrılan futbolçu: “Qəbələ”ni sırf pula görə seçdim”

Qış transfer pəncərəsinin açılmasının ardınca “Qəbələ”dən ayrılaraq Hollandiyanın “Herenven” klubuna keçən Deyv Bultuis yeni klubu ilə ilk matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Hollandiya çempionatının 21-ci turu çərçivəsində doğma meydanda “Tvente”yə minimal hesabla qalib gəldikləri matçda əsas heyətdə meydana çıxan “Qəbələ”nin sabiq üzvü, qarşılaşma sonrası yerli mətbuata açıqlamalar verib. Yarım mövsüm ölkəmizdə çıxış edən hollandiyalı “Qəbələ”ni maliyyə üçün seçdiyini bildirib: “Gizlətməyin adı yoxdu, “Qəbələ”ni sırf pula görə seçdim. Azərbaycanda futbol oynamaq fərqlidi. Azarkeşlər futbola olduqca az maraq göstərirlər. Adi çempionat oyununa 500-1000 azarkeş gəlirdi. Təbii ki, bu hal mənə xoş ola bilməzdi.  Bakı gözəl şəhər idi. Bununla belə Hollandiyaya qayıtdığım üçün şadam. “Qəbələ” kimi kluba keçdiyim üçün peşman deyiləm. Belə bir addımı başqa zaman da ata bilərəm, amma indi yox. Əslində “Herenven”ə yayda da keçə bilərdim, sadəcə olmadı. Ümid edirəm ki, yeni klubumda məşqçimizin etimadını doğruldacağam”.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43