Dünya futbolu

“Qəbələ”nin rəqibi müəyyənləşdi

2017/2018 mövsümündə UEFA Avropa Liqasında çıxış edəcək “Qəbələ”nin rəqibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, ardıcıl 4-cü dəfə turnirdə qüvvəsini sınayacaq komandamız yarışa II təsnifat mərhələsindən başlayacaq. “Qırmızı-qaralar” bu mərhələdə Jagiellonia Białystok (Polşa) – Dinamo Batumi (Batumi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Komandamız ilk oyununu iyulun 13-də evdə keçirəcək. Cavab görüşü isə iyulun 20-də səfərdə baş tutacaq.

I təsnifat mərhələsinin qarşılaşmaları iyunun 29-da və iyulun 6-da keçiriləcək.

Xatırladaq ki, “qırmızı-qaralar” avrokuboklarda debüt etdiyi 2014/2015 mövsümündə mübarizəni I təsnifat mərhələsində dayandırıb, 2015/2016 və 2016/2017 mövsümlərində 4 mərhələ adlayaraq qrupda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43