Kateqoriyasız

“Qəbələ”nin rəqibini üzdülər

Avroliqanın I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” klubu cavab görüşü öncəsi yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, “Şiroki Briyeq” Bosniya və Hersoqovinada ötən mövsümün 5-cisi olan “Velej” klubu ilə qarşılaşıb.

Matç “Velej”in qələbəsi ilə yekunlaşıb – 1:2.

Qeyd edək ki, “Şiroki Briyeq” – “Qəbələ” görüşü iyulun 10-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43