Premyer Liqa

Qurban Qurbanov: “Rəşad Sadıqov həm komandanın kapitanıdır, həm də dostumdur”

TPL-in 20-ci turu çərçivəsində “Qəbələ” və “Qarabağ” komandaları arasında keçirilmiş turun mərkəzi oyunundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bölüşüb:

“Düşünürəm ki, yaxşı oyun oldu. Hər iki tərəf yaxşı oyun göstərdi. Azarkeşlər aktiv idi, əsl futbol ab-havası var idi. Vacib 3 xal qazandıq. Rəqibi düzgün analiz edib, oyun qurmağa çalışdıq. Sürətli oyun keçdi, bu da onu göstərir ki, çempionat daha da canlanır, rəqiblər daha da güclənir. Hər bir oyun bizim üçün vacibdir. Bu səbəbdən ciddi olmalıyıq və sabit oyun göstərməyə çalışmalıyıq. Rəşad Sadıqov həm komandanın kapitanıdır, həm də dostumdur. Əsas heyətin hər bir oyunçusu olmayanda sıxıntı olur. Amma təcrübəli oyunçunun meydanda olması vacibdir. Onun meydanda olması komandanın xeyrinədir”.

(PFL)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43