Premyer Liqa

Syomin: “Marat İzmaylov mükəmməl ötürmələr edirdi”

TPL-in 20-ci turu çərçivəsində “Qəbələ” və “Qarabağ” komandaları arasında keçirilmiş turun mərkəzi oyunundan sonra “Qəbələ"nin baş məşqçisi Yuri Syomin oyun haqda fikirlərini bölüşüb.

“Çox gərgin bir oyun keçdi. Bir səhvə yol verdik, o da qolla nəticələndi. Təkbətək epizodda qol vura bilmədik. Stadionda yaxşı futbol əhval-ruhiyyəsi var idi, meydan ideal vəziyyətdə idi. Oyunçulara nəsə demək düzgün deyil, çünki hər biri ayrı-ayrılıqda qələbə üçün çalışdılar. Artıq 3 oyundur ki, “Qarabağ”a uduzuruq. Düşünürəm ki, bu oyunu əvvəlkilərə nisbətən daha yaxşı oynamışıq. Marat İzmaylov mükəmməl ötürmələr edirdi. Onun ötürməsindən sonra Mendi qapıçı ilə təkbətək çıxdı, amma yararlana bilmədi. Düşünürəm ki, o, Ebesiliodan daha yaxşı oynadı”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43