İdman

Qurban Qurbanovun 30-cu qələbəsi

“Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşündə “Şerif”i 2:1 hesabı ilə üstələyib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Çempionlar Liqasının pley-ofuna yüksələn Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov üçün bu qələbə həm də yubileylə yadda qalıb.

Belə ki, Qurban Qurbanovlu “Qarabağ” qitə kuboklarında 30-cu qələbəsini qazanıb. Təcrübəli mütəxəssisin rəhbərliyi altında avrokuboklarda 20 dəfə meydandan heç-heçə ilə ayrılan “Qarabağ” 18 matçda da yenilgi acısı yaşayıb. Topların fərqi isə 79-un 61-ədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43