İdman

Qurban Qurbanovun Londonda gördüyü işlər – FOTOLAR

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun London səfəri ilə bağlı məlumat yayıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi “Çelsi”nin “Sauthempton”la oyununu izlədiyi bildirilib. Dünən isə klubun akademiyasında olan Qurban Qurbanov “Çelsi”nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və akademiyanın strukturu ilə tanış olub. Bu gün “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə görüşən baş məşqçi həmkarı ilə fikir mübadiləsi aparıb və komandanın məşqində iştirak edib.






İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43