Kateqoriyasız

Qurbanov: “Bizim mərhələ adlamaq şansımız daha çoxdur”

“Asan oyun olmur. Amma, mərhələni məhz “Neftçi”nin adlayacağına inaniram. Biz Monteneqroya elə-belə gəlməmişik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Ruslan Qurbanov Avropa Liqasının ilk təsnifat mərhələsinin “Mladost”la keçiriləcək cavab matçı haqda danışarkən deyib.

Gənc  hücumçu  oyun öncəsi iddialı açıqlama verib: “Mladost” yəqin ki, müdafiədən oynayacaq. Çunki, nəticəni düşünəcəklər. Əgər ilk 15 dəqiqə ərzində qol vura bilsək, bu əla olacaq, amma tələsməməliyik. İstənilən halda imkanlarımız olacaq. Səbrlə oynayıb imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Düşünürəm ki, bizim mərhələ adlamaq şansımız daha çoxdur”.

Xatırladaq ki, komandaların Bakıda keçirilən ilk oyununda 2:2 hesablı bərabərlik qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43