Ölkə futbolu

Qurbanov özü getdi, yoxsa göndərildi? – ASCO-nun gizli saxladığı məqam

Xəbər verdiyimiz kimi, Mahmud Qurbanov istefa ərizəsini yazaraq “Səbail”də baş məşqçi postundan getdi.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Qurbanov əslində komandanı tərk etmək niyyətində olmayıb. Klubun Premyer Liqadakı nəticələri və turnir cədvəlində hazırkı mövqeyi rəhbərliyi ayağa qaldırıb. Komandanın baş sponsoru olan “Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) qərargahında düzənlənən iclasda rəhbərlik “professor”la bağlı yekun qərarını verib və onunla yollar ayrılıb.

Qurbanova son ana qədər postunda qalacağı vədi verilmiş, hətta çalışdırıcı 4 legionerlə yolların ayrılacağını da açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43