Kateqoriyasız

“Kəpəz”in hazırlıq planı açıqlandı

Qış fasiləsi üçün istirahətə buraxılan “Kəpəz” məşqləri gələn ilin ilk günlərində bərpa edəcək.

İdmanxeber.az xəbər verir ki, hazırlıq planına əsasən, yanvarın 2-də Gəncədə bir araya gələcək komanda üzvləri ayın 5-nə kimi burada məşq edəcəklər.

“Sarı-göylər” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaqlar. Tərlan Əhmədovun yetirmələri 7-19 yanvar tarixlərində qardaş ölkədə hazırlıq keçəcəklər. Toplanış Antalyanın Bələk qəsəbəsində reallaşacaq.

Hazırlıq prosesinin Türkiyə hissəsi ilə bağlı daha geniş informasiya qarşıdakı günlərdə veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43