Kateqoriyasız

Paytaxt klubu kimə həvalə olunur? – SÜRPRİZ AD

Mahmud Qurbanovun istefasından sonra “Səbail”in baş məşqçi postuna iki real namizəd var.

İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubunun bu postu Şahin Diniyev və ya Mirbağır İsayevə həvalə oluna bilər. Əgər “dənizçilər” yerli baş məşqçiyə güvənsə bu iki şəxsdən biri ilə yola davam edəcək.

Qeyd edək ki, bu gün Mahmud Qurbanov tutduğu vəzifəsindən istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib və müsbət cavab verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43