Kateqoriyasız

Mahmud Qurbanov istefa verdi

“Səbail”də baş məşqçisi Mahmud Qurbanov tutduğu vəzifəsindən istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klubun Müşahidə Şurası tərəfindən qəbul olunub. Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

“Səbail” Qurbanovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan Kubokunda yarımfinala yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43