Kateqoriyasız

RƏSMİ: Daha bir futbolçumuz Türkiyədə tab gətirə bilmədi, ayrıldı

Türkiyə PTT birinci liqa komandalarından “Dənizlispor”un şərəfini qoruyan azərbaycanlı futbolçu Arif İsayev bu klubdan ayrılıb.

Bu haqda yerli mətbuata Dənizli təmsilçisinin prezidenti Mehmet Özsoy məlumat verib. Onuin bildirdiyinə görə, müqavilə qarşılıqlı razılaşma yolu ilə ləğv edilib.

Sonda xatırladaq ki, İsayev bu klubun şərəfini heç bir il belə qoruya bilmədi. O, bu ilin yanvar ayında türk klubuna transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43