Dünya futbolu

Ramil Şeydayevin Slovakiyada növbəti sınağı

Futbol üzrə Slovakiya çempionatında 28-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina” bu gün doğma meydanda “Senika”ni qəbul edəcək. 22 yaşlı hücumçunun start heyətdə meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, “Jilina” – “Senika” qarşılaşması Bakı vaxtilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43