Ölkə futbolu

Ramilin keçmiş baş məşqçisi ondan danışdı

"Zenit-2" klubunun baş məşqçisi Vladislav Radimov sabiq futbolçusu Ramil Şeydayev barədə danışıb.

İdmanxeber.com-un məlumatına görə, o, Şeydayevin Azərbaycan vətəndaşlığına keçməsi barədə sualı belə cavablandırıb:

"Şeydayev öz nəslinin ən istedadlı futbolçularından biridir. O, bunu isbatlayıb. Əgər başqa vətəndaşlığı qəbul etsə… Avropa çempionatında gördünüz ki, bizim yüksək səviyyəli futbolçularımız elə də çox deyil".

mənbə: gazeta.ru


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43