İdman

“Region Liqası”nda şok hadisə: Futbolçu hakimi döydü

AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Region Liqasının “Şağan” – “Ümid Masallı” qarşılaşmasında yaşanan qalmaqalın səbəbkarları cəzalandırılıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, meydan sahiblərinin iki futbolçusu ağır cəzaya məruz qalıb.

Qarşılaşmanın 36-cı dəqiqəsində təhqiredici  ifadələr işlədən Talıb Cabbarov 3 oyun kənarlaşdırılıb. Həmin epizodda aqressiv davranışla, hakimə qarşı fiziki təzyiq göstərən Namiq Salayevin cəzası daha ağır olub. Hakimi döyən futbolçu 10 matçlıq diskvalifikasiyaya məruz qalıb.

İntizam Komitəsi “Şağan” klubuna daxili nizam-intizam qaydalarına riayət etmələri haqqında xəbərdarlıq edib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43