Ölkə futbolu

Rəşad Sadiqov: “…hər xalın böyük əhəmiyyəti var”

“Təlim-məşq toplanışı üçün komandaya hər cür şərait yaradılmışdı. İnanıram ki, çempionatın davamında bunun faydasını görəcəyik”.

Bu sözləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında deyib.

R.Sadiqov çempionatdakı bütün rəqiblərə hörmətlə yanaşdığını bildirib: “Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çempionatda mübarizə aparan rəqiblərimizin hamısına qarşı tam gücümüzlə oynamalıyıq. Çünki bundan sonra qazanılacaq hər xalın böyük əhəmiyyəti var. Eyni zamanda ölkə kuboku uğrunda yarışda da ötənilki nailiyyətimizi təkrarlamaq niyyətindəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43