Ölkə futbolu

“Xəzər Lənkəran” – “Neftçala”: yarısı onun, yarısı bunun – FOTO

Premyer Liqanın 19-cu turu çərçivəsində, fevralın 1-də səfərdə "Qarabağ"ın qonağı olacaq "Xəzər Lənkəran" hazırda Bakıda İdman Akademiyasının stadionunda məşq edir.

İdmanxeber.com-un məlumatına görə, bu stadionda Cənub klubu ilə yanaşı I divizion təmsilçisi "Neftçala" da hazırlıq keçir.

Belə ki, hər iki klub qarşılıqlı razılıq əsasında stadionu iki yerə bölüblər. Yarısında lənkəranlılar, yarısında isə neftçalalılar məşq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43