Ölkə futbolu

Rəşad Sadıqovun komandası çempionluq kubokuna qovuşdu

Bu gün U-19 liqasında son turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası bu turda AZAL-ı qəbul edib. İki tur öncə çempionluğunu rəsmiləşdirən “köhlən atlar” bu matçda 7:0 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra isə AFFA-nın baş katibi Elxan Məmmədov, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl və baş məşqçi Qurban Qurbanov tərəfindən futbolçulara qızıl medallar və çempionluq kuboku təqdim olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43