Dünya futbolu

Reynaldo 8 il müddətinə həbs edildi

2015-ci ildə həbs edilən Salvador Futbol Federasiyasının sabiq prezidenti Reynaldo Vaskesin məhkəmə prosesi başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb ölkəsində sosial sahə üçün yığılan üzvlük haqqını mənimsəməsidir. Məhkəmə onun 400 min avro ödəməli olduğu barədə qərar da çıxarıb. Amma sabiq federasiya prezidenti bununla razılaşmayıb və apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, Vaskesin 8 ildən daha çox cəza çəkəcəyi gözlənilir. Çünki sabiq prezident FİFA-dakı korrupsiya əməliyyatlarına görə ittiham edilmək üçün ABŞ-da da məhkəmə qarşısına çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43