Ölkə futbolu

Riçard Almeyda “Astana”ya niyə keçib?

“Astana”ya transfer olan Azərbaycan millisinin üzvü Riçard Almeyda açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi Qazaxlstan klubuna keçidinin səbəbindən danışıb:

“Qarabağ”dan ayrılandan sonra çoxlu təkliflər aldım. Ancaq mən, ailəm və agentim Qazaxıstan variantına üstünlük verdik. “Astana”da oynamağın mənə faydalı olacağını düşündük. Bu təklifi iki həftə əvvəl aldım. Qazaxıstan mənə və ailəmə maraqlı gəldi, bunu rədd edə bilməzdim. “Astana”da ölkə çempionu olmaq və Çempionlar Liqasında çıxış etmək istəyirəm. Ötən il ÇL-in qrupunda çıxış etdim. Buna yenidən nail olmaq arzusundayam. Əlbəttə, bu, asan olmayacaq. Çünki mübarizəyə I təsnifat mərhələsində başlayacağıq. Hədəfə çatmaq üçün var gücümü ortaya qoyacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43