Dünya futbolu

Rinat Bilyaletdinov: “Azərbaycana da, Ermənistana da getmək istəyirəm”

Tanınmış rusiyalı məşqçi Rinat Bilyaletdinov Azərbaycana gəlmək istədiyini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, “Sport-ekspress”ə müsahibəsində o deyib ki, məmnuniyyətlə Azərbaycan, Gürcüstan və Ermənistana səfər edərək bu ölkələrdə futbolun durumu öyrənmək istəyir:

“Artıq 10 gündü Latviyadayam. Yerli futbolu izləyib, özüm üçün qeydlər edirəm. Məni Yurmala “Spartak”ından olan dostlarım bura dəvət edib. Komandaya rəhbərlik edəcəyim haqda danışmaq tezdi. Bunun üçün hər iki tərəfin razılığı lazımdı. Mənə digər ölkələrin futbolunu izləmək maraqlıdı. Gürcüstana da, Azərbaycana da, Ermənistana da məmnuniyyətlə gedərəm. Onları Rusiya futbolu ilə müqayisə etmək maraqlıdı”.

Qeyd edək ki, son olaraq Kazan “Rubin”ində çalışan Bilyaletdinov hazırda işsizdir. 59 yaşlı mütəxəssisin Latviyanın “Spartak” klubunu çalışdıracağı gözlənlir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43