Ölkə futbolu

Roberto Bordin: “Qalib gəlsək də, oyundan razı qalmadım”

Bordin debüt oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının açılış qarşılaşmasında “Neftçi”i “Sumqayıt”ı məğlub edib. Qarşılaşmanın ardından keçirilən mətbuat konfransında “Flaqman”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablayıb.

O, oyundan razı qalmadığını bildirib:

“Əvvəlcə onu qeyd edim ki, qalib gəlsək də oyundan razı qalmadım. İrəlliyən oyunlarda daha yaxşı çıxış etməliyik”

-Anton Krivotsyuku mərkəz müdafiəçisi kimi oynatdınız. Ondan istədiyinizi ala bildiniz?

-Onun oyunu məni qane etdi. Bu mövqedə pis təsir bağışlamadı.Sarı vərəqə almamalı idi.

Müdafiədə açıq-aşkar problem olduğu görünür. Bu mövqeye yeni transfer olacaqmı?

-Problem olduğunun fərqindəyik. Bunu həll etmək üçün çalışırıq.

Səlahət Ağayev oyunu gec başlayırdı. Ona  iradınız bununla bağlı idi?

-Yalnız Səlahətə deyil bütün oyunçularıma ara-sıra iradlarımı bildirirəm. Hər zaman oyunu tez başlamalı olduğumuzu söyləyirəm. Hesabda irəlidə olsaq belə.

“Qarabağ”la oynayacağınız matçlar barəsində nə düşünürsünüz? Onlarla rəqabət apara biləcəksinizmi?

-Hələki “Qarabağ” oyunları barəsində heçnə düşünmürəm. Bizi qarşıda çətin “Qəbələ” oyunu gözləyir.

-Bugün Azərbaycan Premyer Liqasında debüt oyununuza çıxdınız. Çempionatımız barəsində nə deyə bilərsiniz?

Azərbaycan çempionatında səviyyəli xarici oyunçularla yanaşı, yerli oyunçular da var. Hələki bunu deyə bilərəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43