Ölkə futbolu

Nazim Süleymanov: “Hakimlər çox həyəcanlı görünürdü, yəqin rəqib “Neftçi” olduğundandır”

“Sumqayıt” məğlubiyyətlə başladı.

İdmanxeber.az-ın məlumatına görə,mövsümün açılış matçında “Sumqayıt”  “Neftçi”yə məğlub olub. Oyunun ardından “Kimyaçılar”ın baş məşqçisi Nazim Süleymanov oyunda haqda fikirlərini bölüşüb:

 

“Təəssüflər olsun ki, yerli azarkeşləri sevindirə bilmədik. Ancaq özünüz də gördünüz ki, komanda pis təsir bağışlamadı. Futbol səhvlər oyunudur. Elədiyimiz səhvlər bizə baha başa gəldi”.

-Demək olar ki, “Sumqayıt”ın problemi hücumdur?

-Bugün gənc oyunçu Ülvi İsgəndərovla başladıq. Ona şans verdik. İstədik ki, özünü göstərsin. Ancaq görünən odur ki, bizə hücumçu lazımdır.

“Sumqayıt”da hücumçu, qapıçı problemləri nə vaxt bitəcək? Artıq bir neçə aydır komandanın baş məşqçisisiniz bunları niyə həll etmirdiniz?

-Qapıçı problemini həll etməyə çalışmışıq. Təssüflər olsun ki, xırda nüanslar buna mane olub. Özünüz də bilirsiniz ki, bizdə oyunçu qıtlığıdır.  Buna baxmayaraq qarşımızda uzun bir marafon var. Bunu düzəltməyə çalışacayıq.

Dördüncü hakim ilk hissəyə bir dəqiqə əlavə etsə də, baş hakim dərhal ilk yarını bitirdi. Bu epizoda kəskin etiraz etdiniz. Ümumən hakimlərdən razı qaldınızmı?

-Bəli, o epizoda etiraz etdim. Çünki, top bizdə idi və sürətli hücuma çıxırdıq. Elə anda oyunu bitirmək olmaz. Oyun boyu baş hakimlə yan xətt hakimləri arasında anlaşılmazlıq var idi. Sanki həyəcanlı idilər. Yəqin rəqib “Neftçi” olub deyədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43