Dünya futbolu

Ronaldo İspaniya hökümətinə 6 milyon avro ödədi

İspaniyanın “Marca” idman qəzeti yazır ki, Madridin “Real” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu öz vergi borcu üzrə könüllü olaraq 6 milyon avro ödəyib.

Daha əvvəl bildirilirdi ki, vergi orqanları portuqaliyalı barəsində yoxlamanı başa çatdırıblar. Onlar belə bir faktı sübut edilmiş sayıblar ki, futbolçu 2011-2013-cü illərdə imic hüquqları üzrə gəlirlərindən xəzinəyə 8 milyon avro ödəməyib.

Bildirilir ki, ya futbolçunu hər bir fiskal il (2011, 2012 və 2013) üçün dörd ay həbs cəzası gözləyir, ya da o, 8 milyon avro vergini, habelə cəriməni ödəməli olacaq.

Nəşrin yazdığına görə, Ronaldu işin açılması barədə rəsmi bildiriş almasa da, ödənilməmiş vergi borcuna görə məsələyə xitam vermək üçün 6 milyon avro ödəyib. Buna baxmayaraq, vergi orqanları futbolçudan borcun 15 milyon avro təşkil edən bütün məbləğinin bütünlüklə ödənilməsini tələb edirlər.

Ronaldu barəsində araşdırma müvafiq materiallar “Football Leaks” jurnalında dərc olunmamışdan əvvəl – 2015- ci ildə başlayıb. Forvardı vergi ödəməkdən yayınmaq üçün ofşor sistemlərdən istifadə etməkdə şübhəli bilirdilər. Dekabr ayında KİV-lər yazmışdılar ki, Ronaldu 150 milyon avro məbləğində verginin ört-basdır edilməsində şübhəli bilinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43