Ölkə futbolu

Rövnəq Abdullayev: “Əsas məqsədimiz “Avro-2020″dir”

İcraiyyə Komitəsinin iclası qeyri-ənənəvi oldu. İlk növbədə biz futzal milli komandası ile görüşdük və Dünya çempionatında komandamıza uğurlar arzuladıq.

İnanırıq ki, komandamız qrupdan çıxa biləcək.

Bundan başqa danışılmış oyunların qarşısını almaq, belə halların ölkə futbolunda baş verməməsi ilə bağlı fikir yürüdüldü.

Daha sonra isə Azərbaycan Futbol Federasiyaları Assossiyasiyasının prezidenti Rövnəq Abdullayev sualları cavablandırıb.

– U17 millinin baş məşqçisimin istefası qəbil olundu?

– Bəli olundu. Müvəqqəti olaraq baş məşqçi postu köməkçi məqşçiyə həvalə olundu

– Klubların sayinin azalması Premyer liqaya təsiri var?

Əlbəttə var. Ancaq başqa yolumuz yoxdur. Bu il 8 komanda ilə başladıq ki, növbeti mövsümdən 10 komanda ilə başlaya bilək

– Millinin ilk rəqibi San Marinodu. Fikirləriniz…

Futbolda zəif rəqib yoxdur. Hədəf hər zaman var. Komandaya uğurlar arzu edirəm. Əsas məqsədimiz “Avro-2020″dir.

– Klublarda Müşahidə şurasının yaranması düşünmürsüz ki yanlış addımdı? Hər halda müşahidə şurasi olmayan komandalar irəli gedir olanlar geri…

– Yox, Müşahidə Şurası şəffaflıq deməkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43