Milli komanda

Rüfət Dadaşov: “Heç vaxt qol vuracağımla bağlı söz vermirəm”

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah Farer adalarını qəbul edəcək Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Oyunla bağlı çox danışmaq lazım deyil. Nə qədər vacib olduğunu bilirik. Əlimizdən gələni edəcəyik ki, həm yaxşı oyun göstərək, həm də nəticə ürəyimizcə olsun.

– Farer adaları daha çox standart vəziyyətlərə üstünlük verir. Bunun sizin üçün bir fərqi varmı?
– Bütün diqqətimiz öz oyunumuzdadı. Bizdə də standart vəziyyətdən yaxşı yararlanan oyunçular var, başla oynaya bilirik. Rəqibin başla oynamaq gücündən çəkinmirik. Bundan çəkinmirik və hazırıq.

– Almaniyadan gələndə qarşıdakı iki oyunda qol vuracağınıza dair kiməsə söz vermisinizmi?
– Heç vaxt qol vuracağımla bağlı söz vermirəm. Qol vurmaq mənim işimdi. Amma sabah kimin qol vurmağı vacib deyil. Əsas odu ki, qələbə qazanaq və Kosovo ilə matça daha yaxşı motivasiya ilə çıxaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43