l Divizion

Rüfət Quliyev: “Komanda yaxşı nəticələr qazanacaqsa…”

 

Bu gün I Divizionun 14-cü turundan təxirə salınmış "Ağsu" – "Bakılı" matçı keçirilib – 7:0.

 

İdmaxneber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "Ağsu"nun maş məşqçisi Rüfət Quliyev jurnalistlərin suallarını cavablandırıb.

 

– Azarkeşlərimi və komandamı təbrik edirəm. Hər şey göz qabağında idi. 7:0 hesablı qələbə qazandıq. Növbəti oyunlara hazırlaşacağıq. Çalışacağıq daha yaxşı nəticələr qazanaq.

– Komandanın builki hədəfi nədir?

– Komandanın hədəfi uşaq futbolunun inkişaf elətdirməkdir, Premyer Liqaya hazırlaşmaqdır, medallara oynamaqdır. Çalışırıq daha da inkişaf eləyək.

– Hesabın belə olmasına rəqib baş məşqçinin ehtiyyat skamyada oturmaması səbəb oldu?

– Yox, deməzdim ki, bu hesab buna görə idi. O, orada olmasa da, öz məsləhətlərini verirdi. Yaxşı oynadıq və belə hesablı qələbə qazandıq.

– Azarkeşlərin stadiona gəlməməsinə səbəb nədi?

– Əvvəllər azarkeş daha çox gəlirdi. Son zamanlar isə azarkeşlər bir az uzaqlaşıb stadiondan. Bura futbol regionu olmayıb. Amma komanda yaxşı nəticələr qazanacaqsa, əminəm ki, stadion yenə dolacaq.

– Elnur Səmədov bu gün het-trik etdi. Gələcəyi ilə bağlı gözləntiləriniz varmı?

– Elnur yaxşı futbolçudur. Çox oyunlarda fərqlənir. Gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyinə əminəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43