l Divizion

“Ağsu” – “Bakılı”: 7:0 (TƏHLİL+STATİSTİKA)

I Divizionun XIV turundan təxirə salınmış matçlarından biri olan “Ağsu” – “Bakılı” görüşü keçirildi.

Görüş “Ağsu” klubu üçün böyük əhəmiyyət kəsb edirdi. Belə ki, “Ağsu” klubu bu matçda qalib gələcəyi təqdirdə, xal ehtiyatını 30-a yüksəldəcəkdi və bu, komandanın turnir cədvəlində yüksək pillədə irəliləməsinə yardımçı olacaqdı.

Aktivində 7 xalı olan "Bakılı" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Komanda mövsüm sonunacan maksimum xallar qazanıb, birinci divizionda qalmağa çalışacaq.

HƏR İKİ KOMANDADA CİDDİ İTKİ

“Ağsu” sözügedən görüşə ciddi itkiylə çıxırdı. Komandanın aparıcı futbolçularından biri olan Şamo Həsənov “Qaradağ Lökbatan”la matçda qırmızı vərəqə ilə cəzalandığı üçün bu matçda iştirak etmədi.

“Bakılı”nın isə itkiləri daha çox idi. Paytaxt klubunun 3 legioneri Ağsu səfərinə yollanmamışdı. Bunlar Oğuzhan Yaldır, Sonat Gügercin və Hayder Faleh Alaameridi. Noyabr ayının ən yaxşı qolunun müəllifi Nurlan Məmmədzadə isə zədə səbəbindən bu oyunda iştirak etməyəcəkdi.

QOL AXTARIŞINDA OLAN “AĞSU”

Matç ev sahibi komandanın üstünlüyü ilə başladı. Komanda əsasən cinahlardan güclü hücumlar təşkil etməyə çalışırdı. Ara-sıra təhlükəli hücumlar təşkil edən “Ağsu” klubu son nöqtəni qoymaqda çətinlik çəkirdi.

Matçın 28-ci dəqiqəsində “Ağsu” axtardığı qolu tapdı. Komanda Elnur Səmədovun dəqiq zərbəsiylə hesabı açdı. Lakin bu da baş məşqçini razı salmırdı. Futbolçularını daim irəli səsləyən təcrübəli mütəxəssis ara-sıra aqressiv hərəkətləri ilə də yadda qalırdı.

BAŞ MƏŞQÇİSİ OLMAYAN “BAKILI”NIN “DRAMI”

İlk hissədə olduğu kimi ikinci hissədə də “Ağsu” daha üstün oyun nümayiş etdirirdi. Nə həkimi, nə də məşqçisi olan “Bakılı” sanki qapısından daha çox top buraxmamaq üçün çalışırdı. Lakin bu, komandaya heç bir kömək etmədi. Belə ki, görüşün 53-cü dəqiqəsində “Bakılı”nın sabiq futbolçusu Ramil Həşimzadə keçmiş klubunu cəzalandırdı – 2:0.

Nə baş məşqçisi, nə də texniki heyəti olan “Bakılı”nın ümidləri 61-ci dəqiqədə tamamilə öldü. Elnur Səmədov özünün ikinci, komandasının üçüncü qolundu vurdu. Bunadək azarkeşlər arasından futbolçulara məsləhətini verən “Bakılı”nın icraçı direktoru və baş məşqçisi Nadir Qasımov bu qoldan sonra susdu.

DARMADAĞIN OLAN “BAKILI”

Matçın 66-cı dəqiqəsində Fariz Nəcəfov hesabı 4:0-a çatdırdı. Bundan sonra, tamamilə “sönən” “Bakılı” qapısında növbəti topu gördü. İsa Cəbiyev 76-cı dəqiqədə komandasının 5-ci qolunu vurdu.

Qoldan sonra daha rahat oyun nümayiş etdirən “Ağsu” hücumlarının kəsərini daha da artırdı. Bunun nəticəsi kimi Elnur Səmədov hesabı daha da artırdı. Matçın 80-cı dəqiqəsində Əli Bağırovun ötürməsini qolla tamamlayan E.Səmədov 6-cı qolu vurdu. Bununla kifayətlənməyən “Ağsu” klubu 88-ci dəqiqədə  Elnur Mustafayevin qolu ilə hesabı 7:0-a çatdırdı.

GÖZƏL TAKTİKANIN GƏTİRDİYİ NƏTİCƏ

İlk hissədə "Ağsu"  yalnız bir dəfə rəqib qapısına yol tapmağı bacardı. Əsasən uzun ötürmələrdən və cinahlardan hücuma keçən komanda rəqib müdafiəsini yarmaqda çətinlik çəkirdi. Lakin fasilədən sonra komandanda canlanma baş verdi. Əsasən qısa paslara üstünük verən komanda rəqib müdafiəsini yarmağı bacarırdı. Bunun nəticəsi kimi, komanda ikinci hissədə 6 qol vurmağı bacardı. Görünür, baş məşqçi Rüfət Quliyevin fasilədə komandasına verdiyi məsləhətlər nəticəsini verdi.

"Bakılı"ya gəlincə, komanda ilk hissədə rəqib hücumlarının qarşısını almağı bacarırdı. Lakin komanda fasilədən sonra oyununu tamamilə itirdi. Futbolçuların yorğun görünməsi və sürətinin aşağı düşməsi komandanın fiziki durumunun çatışmazlığından xəbər verirdi. İkinci hissədə oyun stilini tamamilə itirən "Bakılı" sanki məğlubiyyətlə barışmışdı.

7 QOLLA QAZANILAN 3 XAL

Beləliklə, görüş “Ağsu” klubunun 7:0 hesablı qələbəsi ilə başa çatdı. Bununla da, aktivinə 3 xal yazdıran “Ağsu” xalını 30-a çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəldi. “Bakılı” isə bu görüşdən “əliboş” ayrılaraq durumunu daha da çətinə saldı.

 

“Ağsu”

     STATİSTİKA

“Bakılı”

          17

           Zərbələr

           5

          10

    Çərçivəyə gedənlər

           1

           2

Oyundankənar vəziyyətlər

 

          11

               Cərimələr

           7

           9

       Küncdən zərbələr

            1

           1

          Sarı vərəqələr

 

 

        Qırmızı vərəqələr

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43