Ölkə futbolu

Rumıniyalı baş məşqçi də Ruslan Abışovu istəyir

“Qəbələ”nin Ruslan Abışovu transfer edəcəyi gözlənilsə də, hələ ki bu baş tutmur.

İdmanxeber.com-un məlumatına görə, əyalət klubunun yeni baş məşqçisi Dorinel Muntyanu da Abışov transferinə “yox” demir.

Bu barədə saytımıza açıqlama verən klubun baş meneceri Zaur Əzizov Abışov transferi haqda bunları dedi:

“Muntyanu da Abışovun transferinə isti baxır. Rəhbərlik Ruslanın transferində nə qədər maraqlıdırsa, yeni baş məşqçimiz də bu keçidin baş tutmasını bir o qədər istəyir. Məsələyə yaxın günlərdə tam aydınlıq gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43