Müsahibə

Ruslan Abışov: “Düşünürdüm ki, ən yaxşı qapıçı mən olacam” – MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan milli komandasının və Rusiyanın
“Rubin” klubunun futbolçusu Ruslan Abışov
idmanxeber.com saytına
müsahibə verib.

– Ruslan, 2013-cü il yekunlaşmaq üzrədi.
 Həm millidə, həm də “Rubin”dəki çıxışını necə dəyərləndirərdin?

Bu il “Rubin”dəki çıxışımı yaxşı saymaq olmaz. Ancaq
milli komandada yaxşı mövsüm keçirdtim. 2013-cü il artıq geridə qaldı.
Qarşıdakı il çalışram ki, daha yaxşı çıxış edim. Məqsədlərim böyükdü. Bu
məqsədlərimə çatmaq üçün isə daim çalışıram. 

– “Qəbələ”nin səni qışda heyətinə
qatacağı ilə bağlı səslənən iddialara sənin son nöqtəni qoymağını istəyirəm.

Sağ olsun “Qəbələ” rəhbərliyi. Hər şeydən xəbərim var.
Ancaq Azərbaycana qayıtmaq fikirim yoxdu. Çünki Azərbaycan variantı hər zaman
var. Mənim  məqsədlərim daha böyükdü. Əsas olan “Rubin”in
heyətində daim çıxış etməkdi. Əgər bu belə olmasa o zaman başqa bir Rusiya
klubunda icarə əsasında oynamaq istəyərəm. Legioner kimi özümü dorğultmağa
çalışıram.

– “Rubin”dən ayrılmağın nə dərəcə
realdı? Ümumiyyətlə qışda səni başqa klubun heyətində görə bilərik?

Türkiyədə yanvar hazırlığı başlayır. Məşqlərdə canla-başla iştirak
edəcəm. Əgər gördüm ki, hazıram məşqçiyə yaxınlaşıb söhbət edəcəm. Ondan sonra
hər şeyə aydınlıq gələcək.

– Legioner həyatı yaşayan tək-tük
azərbaycanlı futbolçudan birisən. Futbolçularımıza nə məsləhət görərdin? Bu
qədərmi çətindi xaricdə top qovmaq?

Yox,. Çətin deyəndə ki, ölkə xaricində hər kəs bizdə futbolun
olmadığını düşünür. Futbol ölkəsi kimi tanınmırıq. Futbolçu legioner həyatı
yaşamaq üçün ilk növbədə xaricə getməyi özü istəməlidi. Millinin, çempionatın,
futboçularımızın oyun səviyyəsi qalxdıqca legioner həyatı yaşamaq çətin
olmayacaqdı. Belə baxanda mən burada pis qazanmırdım. Qalıb Azərbaycanda oynaya
bilərdim. Ancaq “Rubin”ə getməyi düşündüm və indi də peşman deyiləm.
Rusiyada məni hansı çətinliklərin gözlədiyini bilirdim. Ancaq getməyi daha
üstün tutdum.

– Bugünkü (dünən) millinin bir neçə oyunçusu
bəzi nominasiyalara qalib oldular Səncə seçimlər dügün idimi?

Düşündüyüm kimi oldu. Mən Mahir Şükürov və Rəşad Sadıqov arasında
qalmışdım. Elə oldu ki, Rəşad oldu.

– Səncə Mahirin seçilməməyinin səbəbi onun
azarkeşlər, jurnalistlər tərəfindən tez-tez tənqid olması ilə bağlı deyil?

Düşünmürəm ki, belədir. Mahir milli üçün, azarkeşlər üçün oynayır.
O, bu il yaxşı çıxış etdi. Vurduğu qollar, məhsuldar ötürmələri ilə diqqətdən
kənar qalmamalıdı. Məncə o, bu ada layiq idi.

– Sən heç bir nominasiyada qalib olmadın.
Gözlüyürdünmü?

Yox. Düşünürdüm ki, ən yaxşı qapıçı mən olacam (gülür)

– Bax, Kamran Ağayev yanındadı. O, legioner
həyatı yaşayacağını desə də, hələ də yerli çempionatda baş qatır. 

 Mən hər zaman Kamrana demişəm ki, sən yaxşı qapıçısan və
legioner həyatı yaşamaq sənin üçün düşərli ola bilər. Kamran öz oyun səviyyəsi
ilə heç bir qapıçıdan geri qalmır.

Səxavət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43