Ölkə futbolu

Bayılda “Kəpəz” azarkeşi bıçaqlandı – ƏMƏLİYYAT OLUNACAQ

“Səbail” – “Kəpəz” oyununun ardından dava düşüb.

Gəncə klubundan İdmanxeber.az saytına verilən məlumata görə, görüşdən sonra azarkeşlər arasında mübahisə yaranıb.

Nəticədə “Səbail” tərəfdarlarından biri rəqib azarkeşi bıçaqla vurub. Yaralanan azarkeş xəstəxanaya yerləşdirilib. Əməliyyata götürülən azarkeşin həyati təhlükəsi yoxdur.

“Kəpəz” rəhbərliyi dərhal xəstəxanaya yollanıb, azarkeşin durumu ilə maraqlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43