Ölkə futbolu

Şahin Diniyev: “Onu bu gün risk etdik”

“Komandam bu gün özünü yaxşı tərəfdən göstərdi. İlk hissədə qol imkanlarımız çox idi, ancaq istifadə edə bilmədik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Kəpəz”ə qalib gəldikləri (1:0) oyundan sonra deyib.

Mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Yeni bir transfer axtarırıq. Ancaq bu heyətlə də nəticə qazanmaq olar. Bugünkü oyunda oynamayan Ağabala Ramazanov, Turan Manafov zədə səbəbindən kənarda qalıb. David Qomis tam hazır deyil. Onu bu gün risk etdik. Fiziki formasını yığsa, daha yaxşış olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43