Dünyadan

Sabiq “Xəzər Lənkəran”lı “Qalatasaray”ı qələbədən etdi (VİDEO)

Türkiyə Superliqasında XII turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, son çempion “Qalatasaray” yenə xal itirib. “Cim-Bom” bu dəfə “Antalyaspor” əngəlini aşa bilməyib. 

Qarşılıqlı qolların vurulduğu matçda qalib müəyyənləşməyib – 3:3. Antalya təmsilçisini məğlubiyyətdən xilas edən qolun müəllifi isə sabiq “Xəzər Lənkəran”lı Etame Mbilla olub.

Bununlada xalını 22-ə çatdıran “Qalatasaray” 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43