Premyer Liqa

Şəhriyar Əliyev: “Məqsədimiz qələbədir”

“Sonuncu oyunumuzla qarşıdakı matç arasında vaxt az olsa da, yaxşı hazırlaşmışıq. Əslində bütün görüşlərə eyni formada məşq edirik. Sadəcə, “Zirə” ilə oyuna kimi bəxtimiz gətirmirdi”.

İdmanxeber.com-un məlumatına görə, bu fikirləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev klubun rəsmi saytına açıqlamasında bildirib.

Azərbaycan Premyer Liqasının XXIII turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək. Müdafiəçi sabahkı matçda 3 xal qazanmağa çalışacaqlarını söyləyib: “Məqsədimiz qələbədir. Qarşımızda duran əsas vəzifə xal ehtiyatımızı artırmaqla turnir cədvəlində yerimizi yuxarıya doğru dəyişməkdir. Həm də Novruz öncəsi olduğundan bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43