Kateqoriyasız

Şimal qonşularımız “Qarabağ” – “Tottenhem” matçına böyük maraq göstərir

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da keçiriləcək “Qarabağ” – “Tottenhem” matçı təkcə ölkəmizdə canlı yayımlanmayacaq.

İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Rusiyanın iki telekanalı azarkeşlərinə təqdim edəcək. Şimal qonşularımızın məşhur NTV+1 kanalı saat 22:00-da başlayacaq oyunu canlı yayımlayacaq. Bu ölkənin “Sport” telekanalı isə oyun bitdikdən 1 saat sonra matçı videoyazı şəklində tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, ölkəmizdə bu matçı İdman Azərbaycan canlı yayımlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43