İdman

Şimali İrlandiya yığmasının düşərgəsindən millimizi sevindirəcək xəbər

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığması ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, icarə əsasında “Burton Albion”da çıxış edən Ceymi Uord zədə səbəbindən millimizlə oyunu buraxmaq məcburiyyətində qalacaq. 30 yaşlı hücumçu “Barnsli”yə qarşı oyunda zədələnib və əməliyyat olunacaq.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan görüşü noyabrın 11-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43