Kateqoriyasız

“Simurq” üçün rumın və alman rəqiblər

Antalyada təlim-məşq toplanışı keçən “Simurq” klubu orada dörd yoldaşlıq görüşü keçirməyi planlaşdırır.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, artıq komandanın iki rəqibi məlumdur.

Georgi Çixradzenin komandası yanvarın 16-da Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan “Velbert” klubu ilə qarşılaşcaq.

Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Komandanın qardaş ölkədəki ikinci rəqibi isə Rumıniyanın “Vasluy” klubu olacaq. Zaqatala təmsilçisinin bu yoxlama görüşü isə yanvarın 19-da keçiriləcək.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43