Ölkə futbolu

“Simurq”un futbolçusu heyətdən çıxarıldı, “Qəbələ”nin oyunçusu gəldi

Məlumat verdiyimiz kimi, mayın 6-dan 10-a qədər Bakı şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. 

İdmanxeber.com-un məlumatına görə, toplanış üçün açıqlanmış heyətdə dəyişiklik edilib.

Zədəli olduğu üçün Ruslan Muradov (Simurq) heyətdən çıxarılıb. Onun əvəzinə toplanışa “Qəbələ” klubundan Yusif Nəbiyev dəvət olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43