Kateqoriyasız

“Simurq”un prezidenti: “Bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcək”

“Simurq”un prezidenti Anar Bəkirov əsas komandanın üzvləri ilə iclas keçirdib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyinin, məşqçilər korpusunun və futbolçuların iştirak etdiyi görüşdə qarşıdakı oyunlar müzakirə edilib.

İclasda A. Bəkirov son zamanlar “Simurq”la bağlı mətbuatda gedən yazılara aydınlıq gətirərək bildirib ki, heç bir kənar təsir komandanın qarşısına qoyduğu hədəfə çatmağa mane olmamalıdır. Onun sözlərinə görə, hər bir kəs işinə köklənməli və yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıdır”.

O qeyd edib ki, “Simurq”un gələcəyi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir və yaxın zamanlarda bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcəkdir. Komandanın maliyyə cəhətdən heç bir probleminin olmadığını diqqətə çatdıran klub prezidenti, futbolçulardan qarşıdakı oyunlarda mütləq nəticənin qazanmalı olduqlarını vurğulayıb və onlara uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43