Ölkə futbolu

“Simurq”un qocaman azarkeşinin fəryadı: “Bizdə futbol yoxdur”

Onu çoxdandı "facebook" sosial şəbəkəsindən izləyirəm. Az qala hər xəbərə şərh yazaraq fikir bildirən bu fanatı sizdə tanıyırısz. Söhbət "Simurq"un 54 yaşlı qocaman azarkeşi İnqilab Soltanovdan gedir.

Soltanovla söhbət edərkən ürəyinin dolu olduğunu görüb, bunu sizinlə də paylaşmaq qərarına gəldik:

"2005-ci ildən "Simurq"a azarkeşlik edirəm. 1966-cı ildən sonra isə "Daşqın" azarkeşi olmuşam. Məni bütün Azərbaycan futbol aləmi tanıyır. "Simurq" fanatıyam və bu komandaya da azarkeşlik edəcəm. Bugünkü gün üçün "Simurq"un göstəricilərindən razıyam. Bir azarkeş olaraq deyə bilərəm ki, Zaqatalada bir oyun belə keçirə bilməyən klub üçün bu nəticələr pis deyil".

Azərbaycan futbolunun azarkeşi olan İnqilab dayı daha sonra sözlərinə belə davam edib:

"Qardaş, mənim 54 yaşım var. 1963-cü ildən bizim evdə televizor olub. Mən o vaxtdan "Neftçi"nin oyunlarını izləmişəm və azarkeşlik etmişəm. Ancaq indi o kluba azarkeşlik etmirəm. 80 ildir ki, Azərbaycan futbolunun adı var. Ancaq futbol yoxdur. Belə getsə heç vaxt olmayacaqda. Çünki biz də futbol yox, futbol biznesi var".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43