İdman

“Slovan”ı “Qarabağ”la oyun öncəsi peşman etdilər

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Slovan” Çexiya çempionatında növbəti oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Libereç təmsilçisi 14-cü turda səfərdə “Yablonets”in qonağı olub. 

Oyun meydan sahibi komandanın qələbəsi ilə yekunlaşıb – 3:0. 

Bununlada “Slovan” 14 xalla daha bu qədər xal yığan 3 komandayla 11-14-cü yerləri bölüşür.

Qeyd edək ki, “Qarabağ” 5 gün sonra – noyabrın 24-də “Slovan”ın qonağı olacaq. Ağdam təmsilçisi Çexiyada qələbə qazansa o zaman növbəti mərhələyə vəsiqəni elə səfərdəcə həll edəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43