Dünyadan

ŞOK GÖRÜNTÜLƏR: Stadionda partlayış, azarkeşin əli qopdu (+18 VİDEO)

Makedoniya çempionatının ilk turunda keçirilən “Pelister” – “Vardar” (0:1) görüşündə faciəli hadisə baş verib. Qarşılaşmanın son dəqiqələrində “Vardar”ın azarkeşləri və polis arasında insident yaşanıb.

Xoşagəlməz olay zamanı polislərdən biri işıq bombasını əlindən salıb. Azarkeşlərdən biri qumbaranı əlinə götürərək polisə atmaq istəyib. Bu zaman qumbara partlayıb və azarkeşin əli qopub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43