Dünya futbolu

“Sportinq”in Bakıya gətirəcəyi heyət bəlli oldu – SİYAHI

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Sportinq”in Bakıya gətirəcəyi heyət müəyyənləşib..

Lissabon təmsilçisi Bakıya 19 futbolçu ilə gələcək

Qapıçılar: Romen Salen, Renan Ribeyro, Dioqo Sousa

Müdafiəçilər: Sebastyan Koates, Cefferson Moreyra, Andre Pinto, Tyaqo Calo, Bruno Qaspar, Tyerri Korreya

Yarımmüdafiəçilər: Bruno Fernandeş, Vendel, Radoslav Petroviç, Nemanya Qudel, Miqel Luiş

Hücumçular: Nani, Karlos Mane, Abdulay Diabi, Bas Dost, Jovane Kabral

Xatırladaq ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu saat 21:55-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43