Dünya futbolu

Sulşer 73 illik rekordu qırdı

Joze Mourinyonun ardından “Mançester Yunayted”in başına keçən Ule Qunnar Sulşer klub tarixinə adını yazdırdı.

Dünən “Tottenhem”i səfərədə 0:1 hesabı ilə məğlub edən “Qırmızı şeytanlar”ın çalışdırıcısı ilk mövsümündə ardıcıl 5 qələbə qazanan ilk baş məşqçi oldu. Sonuncu dəfə 1946-cı ildə norveçli mütəxəssis Sir Matt Busby ilk mövsümündə ardıcıl dörd matçdan qələbə ilə ayrılaraq tarixə keçmişdi.

Sulşer isə ilk mövsümündə beş ardıcıl qələbə qazanaraq 73 illik rekordu qırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43