Dünyadan

“Sumqayıt”ın Antalyada qarşılaşacağı rəqibləri müəyyənləşdi

Bu həftə dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq “Sumqayıt”  təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək.

İdmanxeber.com-un məlumatına  görə, yanvarın 10-da səhər saatlarında qonşu ölkəyə yola düşəcək komanda 10 gün hazırlıq prosesi keçəcək.

Samir Abasovun komandası Türkiyədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər barəsində klubun rəsmi internet səhifəsində açıqlama veriləcək. Rəqiblər Özbəkistanın “Nəcəf”, Albaniyanın “Skenderbeu” və Qazaxıstanın “Atırau” klubları olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43