Kateqoriyasız

“Sumqayıt”ın göndərdiyi baş məşqçi Belarus klubunda

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun “Şaxtyor” (Soliqorsk) komandası ilə anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə,  41 yaşlı mütəxəssis keçmiş klubu ilə müqavilənin bütün detallarını razılaşdırıb. Yaxın günlərdə Baqa ictimaiyyətə rəsmən təqdim olunacaq.

Aleksey Baqa 2021-ci ildə “Şaxtyor”un sükanı arxasında olub və kluba 2-ci ölkə çempionluğunu qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43