Kateqoriyasız

“Sumqayıt”la oyun öncəsi “Simurq”da ciddi itki

Premyer Liqanın 14-cü turu çərçivəsində  “Qarabağ”a məğlub olan “Simurq” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, əyalət komandasının futbolçusu Tural Axundov “Qarabağ” ilə oyunda aldığı sarı karta görə cəzalı duruma düşüb.

“Simurq”un futbolçusu XV turda “Sumqayıt”la keçirəcəkləri oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Sumqayıt” – “Simurq” ” oyunu 7 dekabrda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43