İdman

Super Kuboka ev sahibliyi etmək istəyən 9 ölkə

2020-ci il UEFA Super Kubokunu keçirməkdə 9 ölkə maraqlıdır.

İdmanxeber.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, namizədliklərini Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nitsa), İsrail (Hayfa), Qazaxıstan (Almatı), Moldova (Kişinyov), Şimali İrlandiya (Belfast) və Portuqaliya (Portu) irəli sürüb.

Superkuboka ev sahibliyi etmək istəyən assosiasiyalar yekun ərizələrini martın 29-dək verməlidirlər. Qalibin adı mayda açıqlanacaq.

Qeyd edək ki, UEFA Super Kubokunun təşkil ediləcəyi yer seçimi ilə bağlı prosedura ötən il dekabrın 8-də start verilib. Yanvarın 12-dək milli assosiasiyalar matçı keçirmək üçün maraqlı olduqlarını açıqlamaları idilər. Bildirilir ki, AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək ölkələrin assosiasiyaları namizədliklərini irəli sürə bilməzlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43